""Taliban"la danışıqlar apara bilərik" - Ərdoğan
30-09-2021, 21:05
163

""Taliban"la danışıqlar apara bilərik" - Ərdoğan

"Bütün əsgərlərimizi Əfqanıstandan geri çəkdik. Əfqanıstanda hərbi varlığımız yoxdur".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Lakin "Taliban" bizimlə əməkdaşlıq edərsə, onlarla görüşməyimizə heç bir maneə yoxdur. Çünki Əfqanıstan xalqı çoxəsrlik tariximiz olan bir xalqdır. Rəhbərliklə də harmoniya olarsa, hər cür danışıqlar apara bilərik. Qapımız da buna açıqdır. Hazırda biz Kabil Hava Limanının təhlükəsizliyini təmin etmirik, amma gələcəkdə bu ola bilər”, - deyə Ərdoğan bildirib.

Oxşar xəbərlər