Çexiyanın XİN başçısı İrəvana gedir
30-09-2021, 17:23
434

Çexiyanın XİN başçısı İrəvana gedir

Çexiyanın xarici işlər naziri Yakub Kulqanek sentyabrın 30-da Ermənistana işgüzar səfər edəcək.
Bu barədə erməni KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, nazir oktyabrın 1-də ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək. Səfər çərçivəsində Kulqanek Ermənistan prezidenti Armen Sarkisyan, baş nazir Nikol Paşinyan və onun müavini Mqer Qriqoryanla görüşəcək.
Qeyd edək ki, nazir bu gün Azərbaycanda rəsmi görüşlər keçirib.

Oxşar xəbərlər