İranda gizli raket bazasında güclü partlayış OLDU
1-10-2021, 11:32
172

İranda gizli raket bazasında güclü partlayış OLDU

İranda Tehran şəhərinin qərbində İslam İnqilabı Keşikçiləri Korpusuna aid gizli raket bazasında böyükmiqyaslı partlayış baş verib.
Rəsmi Tehran bunu gizlətsə də, beynəlxalq kəşfiyyat konsaltinq qrupu olan "ImageSat Intel" tərəfindən peyk görüntülərinin yayılması faktı üzə çıxarıb. 
Bildirilib ki, baş verən partlayış nəticəsində bazaya ciddi ziyan dəyib. Lakin yaralananlar və zərər barədə heç bir xəbər verilməyib, sadəcə kiçik yanğının söndürüldüyü qeyd olunub. 
"ImageSet Intel"in məlumatına görə, sözügedən partlayış İnqilab Keşikçilərinin gizli raket bazası olan "Shahid Hemmat Industrial Group"un obyektlərində baş verib.
Qeyd edək ki, "Shahid Hemmat Industrial Group" Müdafiə və Dəstək Nazirliyinə bağlı Hava və Kosmos Təşkilatının bir hissəsidir. O, maye yanacaqlı ballistik raketlər istehsalçısıdır. 2005 -ci ildə ABŞ sözügedən şirkətə qarşı sanksiyalar tətbiq edib. 


 

Oxşar xəbərlər