İranda güclü zəlzələ baş verdi
1-10-2021, 12:01
148

İranda güclü zəlzələ baş verdi

İranın cənubunda yerləşən Buşəhr əyalətində güclü zəlzələ baş verib. 
Zəlzələ 5,2 bal gücündə dəyərləndirilib. 
Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 05:15-də qeydə alınıb.
Təbii fəlakətin yerin 10 km dərinliyində baş verdiyi açıqlanıb. 
Dağıntı və tələfat barədə məlumat verilməyib.

Oxşar xəbərlər