Ermənistandan gedən 60 mindən çox şəxs geri qayıtmadı
1-10-2021, 12:28
210

Ermənistandan gedən 60 mindən çox şəxs geri qayıtmadı

2021-ci ilin yanvar-avqust aylarında Ermənistanı hava yolu ilə 64 mindən çox şəxs tərk edib və ölkəyə qayıtmayı.
Bu barədə Ermənistanın "Joxovurd" qəzeti ölkənin Mülki Aviasiya Dövlət Komitəsinə istinadən yazır.
Qeyd olunur ki, hesabat dövründə Yerevanın Zvartnots hava limanından 701 750 sərnişin yola düşüb, 653 977 nəfər qayıdıb. Şirak hava limanından isə yola düşnə 42 141 sərnişindən 26 118 nəfəri qayıdıb.
Beləliklə, Zvartnots hava limanından gedən 48 053 nəfər, Şirakdan isə gedən 16 023 nəfər Ermənistana qayıtmayıb
Qəzet yazır ki, hesabatda ölkəni quru yolla tərk edən və qayıdanların sayı nəzərə alınmayıb. 

Oxşar xəbərlər