Saakaşviliyə azadlıq tələbi ilə aksiyalar keçiriləcək
4-10-2021, 10:38
175

Saakaşviliyə azadlıq tələbi ilə aksiyalar keçiriləcək

Gürcüstanın Rustavi şəhərində keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya keçiriləcək. 
Bu barədə  Gürcüstan KİV-ləri məlumat  yayıb. 
Məlumata görə, aksiya bu gün saat 15:00-da siyasətçinin saxlanıldığı cəzaçəkmə müəssisəsinin qarşısında “Mişaya azadlıq!” şüarı ilə keçiriləcək. Eyni tələblə saat 18:00-a başqa aksiya da planlaşdırılıb. Təşkilatçı “Gürcüstan naminə” hərəkatın fəallarıdır.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.

Oxşar xəbərlər