Türkiyədə iki yaşlı qız koronavirusun qurbanı oldu
4-10-2021, 23:27
175

Türkiyədə iki yaşlı qız koronavirusun qurbanı oldu

Türkiyənin Batman vilayətində ana və azyaşlı qızı koronavirusa yoluxub.
Fatma Acar xəstəliyə qalib gəlib. Onun iki yaşlı qızı Betül Ayla 18 gün əvvəl xəstəxanaya yerləşdirilib. Bütün müdaxilələrə baxmayaraq, 10 gün əvvəl vəziyyəti ağırlaşan və süni tənəffüs aparatına qoşulan körpənin həyatını xilas etmək mümkün olmayıb.
 
Batman Təhsil və Araşdırma Xəstəxanasında COVID-19 diaqnozu qoyulan daha iki körpənin müalicəsinin davam etdiyi bildirilir.

Oxşar xəbərlər