Pakistan İranla sərhəddə QOŞUN YIĞDI
5-10-2021, 17:57
186

Pakistan İranla sərhəddə QOŞUN YIĞDI

İran-Pakistan sərhədində gərginlik müşahidə olunur.
Xarici KİV xəbər verir ki, rəsmi İslamabad Pəncqur şəhərinə çoxsaylı ağır texnika və canlı qüvvə cəlb edib.
Yerli media 2 ölkə sərhədindəki gərginliklə bağlı bir neçə versiya irəli sürür. Versiyalardan biri yaxınlarda İranla sərhəddə Pakistan postuna silahlı dəstənin hücumu ilə əlaqələndirilir. Hadisədə 1 pakistanlı hərbçi həlak olmuş, 1-i isə yaralanmışdı.
İkinci əsas versiya isə İranın Azərbaycanla dövlət sərhədində rəsmi Tehranın təşkil etdiyi hərbi təlimlər əsas göstərilir.

Oxşar xəbərlər