Çavuşoğlu Ukraynaya gedir
6-10-2021, 15:48
210

Çavuşoğlu Ukraynaya gedir

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ukrayna Ortaq Strateji Planlama Qrupunun 9-cu toplantısına qatılmaq üçün Ukraynaya gedəcək.
Türkiyə KİV xəbər verir ki, Çavuşoğlu 7-8 oktyabr tarixlərində Ukraynanın Lvov şəhərində səfərdə olacaq.
Səfər çərçivəsində Yüksək Səviyyəli Strateji Şura toplantısına hazırlıqlar nəzərdən keçiriləcək və cari, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Oxşar xəbərlər