Rusiyada gözətçilər məhbuslara təcavüz ETDİ - VİDEO
6-10-2021, 16:48
158

Rusiyada gözətçilər məhbuslara təcavüz ETDİ - VİDEO

Dünən axşam Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları və Rusiya Federal Həbsxana Xidmətinin (FSIN) gözətçiləri tərəfindən məhbuslara qarşı işgəncə və təcavüz görüntüləri yayılıb. 
Soratav, Belqorod və Kamçatkadakı həbsxanalardan gələn işgəncə görüntüləri Rusiyada müxalif xəbər saytlarında yayımlanıb. 
Kadrlarda gözətçilərin bəzi məhbusları çubuqla döydüyünü, bəzilərinin isə işgəncə alətləri ilə zorlandığı görülüb. Görüntülər ölkə daxilində səs-küyə səbəb olub. 
Faktla bağlı Rusiya Federal Həbsxana Xidmətinin gözətçiləri dindirilib. Araşdırma aparılır.



Oxşar xəbərlər