Pakistanın Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu
6-10-2021, 22:33
176

Pakistanın Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu

Pakistanın İdarələrarası Kəşfiyyat Xidmətinə (ISI) yeni rəhbər təyin olunub.
Xarici mətbuat xəbər verir ki, general-leytenant Faiz Həmid İdarələrarası Kəşfiyyat Xidmətinin rəhbəri postundan azad olunub. O, Peşəvər Korpusunun komandiri təyin olunub.
General-leytenant Nadim Anjum isə İdarələrarası Kəşfiyyat Xidmətinə rəhbər təyin edilib.
Nadim Anjum daha əvvəl Kəraçidə Pakistanın V Korpusunun Komandanı olub, Pakistanın Sərhəd Korpusunda Baş Müfəttiş kimi çalışıb.

Oxşar xəbərlər