Əfqanıstanda məktəbdə partlayış: ölənlər var
7-10-2021, 10:15
137

Əfqanıstanda məktəbdə partlayış: ölənlər var

Əfqanıstanın şərqindəki Xost əyalətində dini məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb.
Xarici KİV xəbər verir ki,  hadisə  nəticəsində 15-dən çox insan ağır  yaralanıb. 
Əfqanıstan müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dini məktəbdə əl qumbarası partladılıb.
Faktla bağlı araşdırma aparılır. 

Oxşar xəbərlər