Bu ölkənin baş naziri istefa verdi
7-10-2021, 10:19
149

Bu ölkənin baş naziri istefa verdi

Peruda Baş nazir Quido Bellido və bütün kabinet üzvləri istefa veriblər. 
Prezident Pedro Kastillo Baş nazir Bellido da daxil olmaqla bütün kabinetinin istefa verdiyini təsdiqləyib  və yeni kabinetin bu axşam and içəcəyini bildirib. 
"Xidmətlərinizə görə təşəkkür edirəm. Sizə bildirmək istəyirəm ki, yeni kabinet bu axşam and içəcək",- deyə Kastillo bildirib. 
İstefa məktubunda Bellido, "Bütün vəzifələri yerinə yetirdikdən sonra, tələb etdiyiniz kimi, vəzifəmdən istefa verirəm",- ifadə  edib.  Ölkədəki yeni kabinetin bu gecə yerli vaxtla saat 20:00-da and içəcəyi gözlənilir.
Qeyde dək ki, Peruda keçirilən prezident seçkilərində qalib gələn Kastillo iyulun 28 -də and içib. 
Bu ölkənin baş naziri istefa verdi 

Oxşar xəbərlər