Türkiyədə dron əleyhinə dron hazırlanır
7-10-2021, 13:48
156

Türkiyədə dron əleyhinə dron hazırlanır

Türkiyədə mühüm obyektləri pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından qorumaq üçün bir sistem üzərində işləyirlər.
"Daily Sabah" xəbər verir ki, sistem PUA-larla mübarizə üçün yaradılan "Fedai" kamikaze dronuna əsaslanır.
Dronlardan müdafiə sistemi "Havelsan" və "Transvaro"nun birgə layihəsidir.
"Havelsan" sözçüsü Nezih Şişman yeni sistemin hədəfləri aşkar etmək və təsnif etmək üçün süni intellektdən istifadə etdiyini qeyd edib.
Onun sözlərinə görə, PUA-ların mühafizə olunan əraziyə yaxınlaşmasına dair hədəf məlumatları elektro-optik kompleksə ötürən radarla qeydə alınacaq. Öz növbəsində, kompleks "Fedai" dronunu uçuşa hazırlamadan əvvəl hədəfi müşayiət edə bilər.
Təhdidin zərərsizləşdirilməsi hədəfin vizual yoxlanılmasından sonra partlayış üçün optimal yeri seçən kamikadze pilotsuz təyyarəsinin döyüş başlığını partlatmaqla baş verir.
Şişman bildirib ki, "Fedai" döyüş başlığının partlayışı 40 metr məsafədəki hədəfi vura biləcək.
Onun sözlərinə görə, kompleksin imkanlarının nümayişi yaxın 2 ayda baş tutacaq.

Oxşar xəbərlər