Gənc həyat yoldaşı məşhur aktyora xəyanət etdi
7-10-2021, 19:29
179

Gənc həyat yoldaşı məşhur aktyora xəyanət etdi

"Sadakatsiz" serialının məşhur aktyoru gənc həyat yoldaşının xəyanəti ilə üzləşib

Aprel ayında koronavirusa yoluxan və 46 gün müalicə olunan "Sadakatsiz" serialının aktyoru Burak Sergenin 4 ay əvvəl evləndiyi Nihan Ünsal tərəfindən xəyanətə uğradığı ortaya çıxıb.

Türkiyə mediası xəbər verir ki, "Xəstələnəndə aldatmaqdan söhbət gedə bilməz. Şəkillər də köhnədir" deyərək xəyanəti inkar edən Sergen cümə axşamı günü Nihan Ünsalla boşanma iddiası açacaq. Xəyanətlə bağlı sükutunu pozan Sergen "Çox üzüldüm və sarsıldım. Bu bir aldatmadır. Aldandım, doğrudur"- deyib.

Qeyd edək ki, Burak Sergen həyat yoldaşı Nihan Ünsalla birlikdə çəkdirdiyi şəkilləri "İnstaqram" səhifəsindən silib. Nihan Ünsal isə sosial media hesabını bağlayıb.

Oxşar xəbərlər