Fransa İngiltərəyə 5 milyon doza vaksinin gəlməsinə mane olub?
7-10-2021, 21:56
173

Fransa İngiltərəyə 5 milyon doza vaksinin gəlməsinə mane olub?

İngiltərə Fransanı 5 milyon doza "AstraZeneca" vaksinini oğurlamaqda ittiham edib.
Britaniyanın Niderlanddan sifariş verdiyi "AstraZeneca" peyvəndləri ölkəyə çatdırılmayıb. Britaniyalılar peyvəndlərin ölkəyə gətirilməsinə Fransanın əngəl yaratdığını bildiriblər.
Qeyd olunub ki, Fransa Prezidenti Emmanuel Makron mart ayında AB ölkələrinin başçıları ilə birlikdə İngiltərəyə vaksin göndərilməsinin qarşısının alınması üçün plan qurub. Makron iddia edib ki, guya "AstraZeneca" peyvəndlərinin təsiri zəifdir.
Avropa Birliyi də öz növbəsində Britaniyanı verdiyi sözü tutmamaqda günahlandırıb. Rəsmi Brüssel iddia edib ki, London bu ilin ilk rübündə 120 milyon doza vaksin istehsalından imtina edib.
Böyük Britaniya Avropa Birliyinin bu planını çirkin oyun adlandırıb və baş verənləri müharibə aktı ilə müqayisə edib.

Oxşar xəbərlər