Bu ərazilərdə it gəzdirmək qadağan edildi - Polis rəisi açıqladı
30-09-2019, 14:00
1 523

Bu ərazilərdə it gəzdirmək qadağan edildi - Polis rəisi açıqladı

İranın paytaxtı Tehranda ictimai məkanlarda it gəzdirmək və onu avtomobildə daşımaq qadağandır.
Unikal.org İran KİV-nə istinadən xəbər verir ki, bu barədə İranın paytaxtının hüquq-mühafizə orqanının polis rəisi Hüseyn Rəhimi Gənc Jurnalistlər Klubuna açıqlama verib.
H.Rəhiminin sözlərinə görə, paytaxt polisi belə hallarla ciddi şəkildə mübarizə aparır.
Polis rəisi onu da bildirib ki, ötən dövrlərlə müqayisədə şəhərdə iti gəzdirmək və avtomobillə aparmaq azalıb:
"Bir çoxları elə hesab edir ki, polis it saxlamağa qarşıdır. Halbuki polis mənzillərdə itin saxlanılmasının əleyhinə deyil".

Oxşar xəbərlər