Ukraynalı deputatın meyiti tapılıb
8-10-2021, 13:47
170

Ukraynalı deputatın meyiti tapılıb

Ukrayna parlamentinin deputatı, "Gələcək uğrunda” fraksiyasının üzvü, 33 yaşlı Anton Polyakovun meyiti Kiyevin Dnepropetrovsk rayonunda aşkar edilib.

Bu barədə Ukrayna parlamentinin oktyabrın 7-də istefaya göndərilən sədri Dmtri Pazumkov sosial şəbəkədə yazıb.

Məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır, cinayət işi başlanılıb.

Deputatın qətl edildiyi ehtimal olunur.

Oxşar xəbərlər