Mirasa görə bacısının üzərindən traktorla KEÇDİ
8-10-2021, 16:15
168

Mirasa görə bacısının üzərindən traktorla KEÇDİ

Antalyanın Manavgat rayonunda miras davasında bacı və qardaş arasında  dava yaranıb. 
Əri öldüyü üçün 14 yaşındakı qızı ilə atası  evində  qalan qadın iki qardaşının hücumuna məruz qalıb.  Belə ki, qadın ata-anasından 9 qardaşa miras qalan və 7 ildir paylaşılmayan ərazidə iş görüldüyünü görüb. O, əraziyə  gələrək,  ona düşən mirasını  tələb edib.  Əks təqddirdə  isə  özünü öldürəcəyini  bildirib.
Bu zaman  qardaşlardan biri ona xəsarət yetirib.  Və ərazidən uzaqlaşmasını tələb edib.  Lakin qadın iş prosedurları ərazidə traktorun önünü kəsib.  Böyük qardaşı bacısının bu hərəkətinə  əsəbləşərək,  texnikanı onun üzərinə  sürüb. Xoşbəxtçilikdən traktor altında qalan qadın ölməyib.  O, yaralı vəziyyətdə  xəstəxanaya çatdırılıb. Özünə gəldikdən sonra qadın qardaşlarını polisə şikayət  edib.  
Faktla bağlı araşdırma aparılır. 

Oxşar xəbərlər