Gürcüstanda müxalifətin etiraz aksiyaları başladı
10-10-2021, 10:16
146

Gürcüstanda müxalifətin etiraz aksiyaları başladı

Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya və partiyanın bütün lider heyəti Zuqdidi şəhərində seçkilərin nəticələrinə etiraz olaraq keçirilən aksiyada iştirak edirlər.
Etiraz aksiyasında minlərlə insan iştirak edib. Aksiya Batumidə 9 nəfərin həyatına son qoyan faciə ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.
Mitinqdə çıxış edən Nika Meliya rayon komissiyasında baş verən qanunsuzluqlara göz yuma bilmədiklərini söyləyib.
Müxalifət partiyasının tərəfdarları polislərlə əhatəyə alınmış dairə komissiyasının binasına doğru yürüş ediblər.
Qeyd edək ki, N.Meliya partiyanın qurucusu Miail Saakaşvilinin azadlığı tələbi ilə 14 oktyabrdan Tiflisdə izdihamlı aksiyalara başlayacaqlarını da elan edib.

Oxşar xəbərlər