Putin-Paşinyan görüşünün gündəliyi açıqlandı
11-10-2021, 13:25
353

Putin-Paşinyan görüşünün gündəliyi açıqlandı

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Çərşənbə axşamı günü Moskvada Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 Noyabr 2020 və 11 Yanvar 2021 tarixli üçtərəfli bəyanatlarının həyata keçirilməsini müzakirə edəcəklər.
Bu barədə bazar ertəsi Ermənistan Nazirlər Kabineti rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Press-relizdə görüşün gündəliyində bölgədəki vəziyyəti və Rusiya-Ermənistan münasibətlərinin də olduğu vurğulanıb.
"Oktyabrın 12 -də Baş nazir Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfər edəcək.
Paşinyan Moskvada Prezident Vladimir Putinlə görüşəcək.
Tərəflər 9 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının icrası ilə bağlı məsələləri, bölgədəki sabitliyi, iqtisadi əlaqələri və inkişafı gücləndirmək üçün əlavə addımları müzakirə edəcəklər. 
Həmçinin müttəfiq münasibətlərin gündəmini və inteqrasiya birliklərindəki qarşılıqlı əlaqə də söhbət mövzusu olacaq", - deyə məlumatda qeyd edlir.

Oxşar xəbərlər