İsrail PUA-ları İran bazalarına zərbələr endirdi: Ölənlər var
12-10-2021, 12:28
198

İsrail PUA-ları İran bazalarına zərbələr endirdi: Ölənlər var

İsrail PUA-ları Suriyanın İraqla sərhəddəki Əl-Bukemal bazasına hücum edib.
Bu barədə “Əl Ərəbiyə” televiziyası məlumat yayıb.
Məlumatda billdirilir ki, PUA-lar  iranyönlü şiə hərbi birləşmələrinin bazasındakı silah anbarlarını vurub.
Hücum nəticəsində 3 döyüşçünün öldüyü, 15-nin isə yaralandığı vurğulanıb.

Oxşar xəbərlər