Qatar relslər üzərində istirahət edən şəxslərin həyatına son qoydu
12-10-2021, 21:22
184

Qatar relslər üzərində istirahət edən şəxslərin həyatına son qoydu

Fransanın cənub-qərbində qatar  relslər üzərində  istirahət  edən 3  nəfərin  həyatına son qoyub. 
Hadisə  nəticəsində 1 nəfər ağır yaralanıb. Ölən şəxslərin mühacir olduğunu bildirilir. 
Fransız dəmir yolu şirkəti SNCF, sözügedən qatarın Fransa-İspaniya sərhədində Hendaye ilə Bordo arasında hərəkət etdiyini  açıqlayıb. Qəzadan sonra qatarın fəaliyyəti  dayandırılıb.  Əraziyə polis və  tibbi  yardım briqadası  cəlb olunub. 
 

Oxşar xəbərlər