"iPhone" 13-ün istehsalı dayandırıla bilər
13-10-2021, 12:12
166

"iPhone" 13-ün istehsalı dayandırıla bilər

"Apple" şirkəti yeni “iPhone” 13 smartfonunun istehsalını azalda bilər.
Bu barədə “Bloomberg” məlumat yayıb. Buna səbəb çip çatışmazlığı olduğu bildirilib. Agentliyin məlumatına görə, şirkət 2021-ci ilin son üç ayında 90 milyon smartfon istehsal etmək niyyətində idi. Ancaq, çip çatışmazlığı səbəbilə bu rəqəm azaldılacaq. Problem aradan qaldırılmadığı təqdirdə “iPhone” 13-ün istehsalının müvəqqəti dayandırılacağı vurğulanır.

Oxşar xəbərlər