Oğlu əyləncə məkanında narkotiklə həbs olunan aktyorun vəziyyəti ağırlaşdı
14-10-2021, 10:03
183

Oğlu əyləncə məkanında narkotiklə həbs olunan aktyorun vəziyyəti ağırlaşdı

Bollivud ulduzu Şahrux Xanın oğlu Aryanın həbsi ilə bağlı bir neçə gün əvvəl xəbər yayılmışdı. 
Axşam.az-a istinadən xəbər verir ki, aktyor oğlunu ev dustaqlığına çıxarmaq istəyib. Ancaq məhkəmə vəkilin bu istəyini rədd edib. Aryan məhkəmə vaxtına qədər təcridxanada saxlanılacaq. Şahrux Xanın yaxın dostu mediaya açıqlamasında onun son durumu haqda sualları cavablandırıb. "Şahrux nə yemək yeyir, nə də yatır. Gün ərzində ancaq 2 saat yuxu yata bilir. Nə kral? Nə olur olsun, o, bir atadır" deyə, o, söyləyib. Qeyd edək ki, Aryan Mumbayidə partidə olarkən polis tərəfindən keçirilən reydlərdə saxlanılıb. Onun narkotik maddə istifadə etdiyi bildirilib.

Oxşar xəbərlər