Nigerdə məscidə hücum edildi - 10 nəfər öldü
14-10-2021, 10:21
176

Nigerdə məscidə hücum edildi - 10 nəfər öldü

Nigerin cənub-qərb hissəsində naməlum şəxslər məscidə hücum edərək azı 10 nəfəri öldürüblər.
 “RİA Novosti” xəbər verir ki, bu barədə yerli “Studio Kalangou” radiosu şahidlərə istinadən məlumat yayıb.
Hadisə Tillaberi bölgəsində, “üç sərhəd zonası” adlanan ərazidə – Nigerin Mali və Burkina-Faso ilə dövlət sərhədlərinin keçdiyi ərazidə baş verib. Bölgədə İŞİD və “Əl-Qaidə” terror təşkilatları ilə əlaqəli çoxsaylı qruplar üstünlük təşkil edir.
Məlumata görə, iki motosikletlə hücum edənlər axşam namazı zamanı kəndə giriblər. Məsciddə 10 nəfər öldürülüb.
“Agence France-Presse” hücumla əlaqədar bəzi Tillaberi departamentlərində motosikletlərdə hərəkətin qadağan edildiyini yazır.

Oxşar xəbərlər