"Taliban"ın nümayəndə heyəti Türkiyədə səfərdədir
14-10-2021, 11:24
168

"Taliban"ın nümayəndə heyəti Türkiyədə səfərdədir

"Taliban" hərəkatının nümayəndə heyəti Ankaraya rəsmi səfər edib.
Bu barədə məlumatı “Taliban” hökumətinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Abdul Qahar Balkhi açıqlayıb.

Onun sözlərinə görə, nümayəndə heyətinə “Taliban” hərəkatının xarici işlər naziri vəzifəsini icra edən Əmir Khan Muttaqi başçılıq edir.
Qeyd olunur ki, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi dəvəti əsasında həyata keçirilir. 
“Nümayəndə heyəti Türkiyənin yüksək vəzifəli nümayəndələri ilə qarşılıqlı maraq doğuran məsələlər barədə danışıqlar aparacaqlar. Münasibətlərin yaxşılaşdırılması, ticarət, humanitar yardım, miqrasiya və avianəqliyyat sahələrində əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçiriləcək”, - deyə Balkhi öz tviter hesabında qeyd edib.

Oxşar xəbərlər