İsrail İranın PUA bazasını bombaladı - Ölənlər var (VİDEO)
14-10-2021, 15:01
163

İsrail İranın PUA bazasını bombaladı - Ölənlər var (VİDEO)

İsrail hərbi hava qüvvələri çərşənbə günü Palmiranın cənub-şərqində (Dəməşqdən 240 kilometr aralı) T-4 hərbi aerodromuna raket zərbələri endirib.
Birləşmiş Ərəb Əmirliklərinin "Al Hadas" telekanalı xəbər verir ki, hücum İranın pilotsuz uçuş aparatlarının bazasına edilib.
Nəticədə İranın dəstəklədiyi qruplaşmadan 4 nəfər ölüb, yaralıların olduğu deyilir.
Qeyd edək ki, oktyabrın 8-də İsrail hərbi hava qüvvələrinin T-4 aerodromuna hücumunu dəf edərkən 6 Suriya əsgəri və 12 Şiə milisi yaralanıb.

Oxşar xəbərlər