Markel dəvətlə Türkiyəyə gedir
15-10-2021, 15:12
164

Markel dəvətlə Türkiyəyə gedir

Almaniya kansleri Angela Merkel Prezident Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə işgüzar səfər edəcək.
CNN Türk xəbər verir ki, bu barədə Türkiyə Prezidentin İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İstanbuldakı görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin bütün aspektlərini, əməkdaşlığı genişləndirmək üçün gələcək addımları müzakirə edəcəklər.
Toplantının gündəmində Türkiyə-Aİ əlaqələri, bir sıra əhəmiyyətli regional və beynəlxalq məsələlər, xüsusilə Suriya və Əfqanıstandakı mövcud vəziyyət də var.

Oxşar xəbərlər