Kişi 2 qızı və 4 nəvəsini yandıraraq öldürdü - Pakistanda
19-10-2021, 10:04
125

Kişi 2 qızı və 4 nəvəsini yandıraraq öldürdü - Pakistanda

Pakistanın Pəncab vilayətində ailə faciəsi baş verib. 
"Reuters" xəbər verir ki, Müzəffərqarh şəhər sakini qızlarından birinin onun razılığı olmadan ərə getdiyi üçün öz evini yandırıb.
Yanğın nəticəsində kişinin 2 qızı və 4 nəvəsi yanaraq ölüb. 
Bildirilib ki, uşaqlar 2, 6 və 13 yaşlarında olublar. Ən balaca cəsədin isə 4 aylıq körpə olduğu məlum olub.b  
Faciənin səbəbkarı həbs olunub. İnsidentlə bağlı istintaq aparılır.

Oxşar xəbərlər