Qardaş ölkə şəhid verdi - Türk ordusu qisasını aldı
21-10-2021, 22:06
173

Qardaş ölkə şəhid verdi - Türk ordusu qisasını aldı

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi şəhid olub.
Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, Tuncelidə "Eren-7" əməliyyatında şəhid olan Jandarma Uzman Çavuş Burak Tortumlu ağır yaralanıb. Daha sonra bölgədən vertolyotla çıxarılan Burak, Erzincan xəstəxanasında şəhid olub. 
DİN Süleyman Soylu şəhidin ailəsinə başsağlığı verib:
"Əməliyyat əsnasında baş verən qarşıdurmada, adı Kurtay olan Hayrettin Güneş adlı terrorçu da daxil olmaqla 2 terrorçu məhv edilib. Jandarma personalımızı da şəhid edən Boz kateqoriyalı Şerzan da öldürülənlər sırasındadır. 
"Eren-7" əməliyyatında xain terrorçularla atışmada yaralanan və xəstaxanada şəhid olan qəhrəman Burak Tortumluya Allahdan rəhmət, ailəsinə isə səbr diləyirik". 

Oxşar xəbərlər