Dünya
22-10-2021, 10:49
143
Aktyor çəkiliş zamanı kinorejissoru silahla vurub ÖLDÜRDÜ
"Rust" filminin çəkiliş meydançasında bədbəxt hadisə yaşanıb.
Döyüş səhnəsi çəkilən zaman silahların boş patronlar əvəzinə, səhvən döyüş qabiliyyətli güllələrlə doldurulması dünyaca məşhur aktyor Alek Bolduinin cinayət törətməsinə səbəb olub.
Belə ki, o, əlinə aldığı silahla kinorejissor Halyna Hutchins və ssenarist-rejissor Joel Souzanı güllələyib. Hadisə nəticəsində Halyna yerindəcə keçinib. Joel isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Amerikalı aktyor isə hadisənin səhvən olduğunu vurğulayıb. O, polis bölməsinə aparılıb.
Qeyd edək ki, "Rust" filmi ABŞ-ın Nyu-Meksiko ştatında çəkilir.