Dünya
22-10-2021, 11:04
145
Rusiyada 7 azərbaycanlı saxlanıldı: polis əməliyyat keçirdi
Rusiyanın Sankt-Peterburq şəhərində qanunsuz odlu silah dövriyyəsi ilə məşğul olan 7 azərbaycanlı saxlanılıb.
Yerli polis qanunsuz silah alveri ilə bağlı daxil olan məlumat əsasında əməliyyat keçirib. Onlar "Dolce Vita” kafesinə saxlanılıb. Saxlanılanlar 27-50 yaşlarında olublar.
Hadisə yerinə baxış keçirilərkən "Makarov" markalı tapança və 8 güllə ilə dolu bir maqazin ələ keçirilib.
Ələ keçirilən silah və döyüş sursatı, barmaq izləri və genetik materiallar ekspertizaya göndərilib.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsi ilə cinayət işi başlanıb.
Saxlanılanlardan üçünün əvvəllər qanunla bağlı problemləri olub. Belə ki, 2019-cu ilin payızında 47 yaşlı Elşad adam oğurluğu və pul tələb etməkdə təqsirli bilinərək 4 il sınaq müddətinə, 29 yaşlı Babək xuliqanlıq ittihamı ilə yalnız bu ilin iyun ayında 2,5 il sınaq müddəti ilə şərti cəza alıb. 34 yaşlı digər azərbaycanlı bu ilin aprel ayında xuliqanlıq ittihamı ilə həbsdə olub./olke