Kolumbiyada ölkənin ən böyük narkotik kartelinin lideri saxlanıldı
24-10-2021, 11:43
165

Kolumbiyada ölkənin ən böyük narkotik kartelinin lideri saxlanıldı

Kolumbiya polisi hərbçilərlə birlikdə “Körfəz Kralı” cinayətkar dəstəsinin başçısı “Otoniel” ləqəbli Dairo Usuqu saxlayıb.
Bu barədə “El Tiempo” nəşri məlumat yayıb.
Əməliyyat Kolumbiyanın şimal-qərbindəki Nekokli bələdiyyəsində keçirilib. 
Qeyd edək ki, “Körfəz Kralı” Kolumbiyada narkotik ticarəti ilə məşğul olan ən böyük cinayət təşkilatıdır. Usuq ölkədə ən çox axtarılan cinayətkar sayılırdı.

Oxşar xəbərlər