Yaponiyada tunel çökdü - Ölən var
28-10-2021, 12:23
110

Yaponiyada tunel çökdü - Ölən var

Yaponiyada Maglev qatar xətti layihəsi çərçivəsində tikintisi davam edən tunelin çöküb.
Hadisə Nakatsuqava şəhərində qeydə alınıb. Qəzadan sonra bölgəyə çox sayda xilasetmə qrupu göndərilib. Dağıntıdan xilas edilən 2 işçidən biri aparıldığı xəstəxanada dünyasını dəyişib, digər işçinin vəziyyətinin ağır olduğu bildirilir.
Nakatsuqava Dəmiryolun verilən açıqlamaya görə, qəza zamanı tuneldə 5 işçinin olduğu qeyd edilib. Maqlev qatar xəttinin tikintisi zamanı baş verən ilk ölümlə nəticələnən qəza olduğunu izah edən şirkət həyatını itirən fəhlənin ailəsinə başsağlığı verib və qəzanın bir daha təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyinə söz verib.
Qəza ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

Oxşar xəbərlər