“Zəngəzurdan Naxçıvana yol açılacaq” - Erməni deputat
29-10-2021, 11:29
148

“Zəngəzurdan Naxçıvana yol açılacaq” - Erməni deputat

Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Qaqik Melkonyan yaxın vaxtlarda Moskvada rəsmi görüşlərin planlaşdırılmadığını bildirib.
Bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.  Onun sözlərinə  görə,  görüş Azərbaycan-Ermənistan  sərhədlərinin  demarkasiyası və delimitasiyası ilə bağlıdır. 
Həmçinin də,  deputat Azərbaycan Naxçıvana Ermənistan ərazisindən yol alacağını  qeyd edib:
“Biz buna yol deyirik, onlar dəhliz deyirlər. İndi biz Qarabağa necə girib-çıxırıq? Onlar da belə imkan əldə edəcək və Naxçıvana yolları olacaq”.
Qəzetin yazdığı kimi, Ermənistan hökuməti Naxçıvana açılacaq bu yola nəzarət edəcəyinə əmin deyil.

Oxşar xəbərlər