Özbəkistanda prezident seçkilərinin nəticələri açıqlandı
29-10-2021, 14:51
174

Özbəkistanda prezident seçkilərinin nəticələri açıqlandı

Özbəkistan Mərkəzi Seçki Komissiyası oktyabrın 24-də keçirilən prezident seçkilərində Şavkat Mirziyoyevin qalib gəldiyini açıqlayıb.
AA xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Liberal Demokrat Partiyasından namizədliyi irəli sürülmüş prezident Şavkat Mirziyoyevin  80,12 % səslə qalib gəldiyini bildirib.
Qeyd edək ki, Mirziyoyevə 12 milyon 988 min 964 seçici səs verib.

Oxşar xəbərlər