Aktrisa çəkiliş meydançasında dava saldı
2-11-2021, 13:24
156

Aktrisa çəkiliş meydançasında dava saldı

Türkiyəli  məşhur aktrisa Esra Bilgiçin çəkiliş zamanı qalmaqal yaratdığı bildirilib.
Haberler.com xəbər verir ki, İstanbulda 5 gündür davam edən çəkilişlərdə aktrisanın istədiyi vitaminin ona alınıb gətirilməməsi səbəb olub. O, vitaminləri almayana qədər kamera qarşısına keçməyəciyini söyləyib. Bundan sonra Esranın saatlarla bütün işçiləri soyuqda saxladığı iddia edilib.
Aktrisa haqqında deyilənləri şayiə adlandıraraq təkzib edib. "Bu haqsızlıqdır. Çıxan xəbərlərə etibar etməyin" - deyə, Esra qısa şərh yazıb.
Qeyd edək ki, aktrisa hazırda "Kanunsuz topraklar" serialında baş rollardan birini canlandırır.

Oxşar xəbərlər