Polkovniki öldürən şəxs tutuldu - VİDEO
2-11-2021, 21:42
139

Polkovniki öldürən şəxs tutuldu - VİDEO

Rusiyanın İstintaq Komitəsi Daxili İşlər Nazirliyinin Baş İqtisadi Təhlükəsizlik İdarəsinin keçmiş rəis müavini, milis polkovniki Aleksey Novoseltsevi öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Yayılan görüntülərdə onun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən evdən çıxarılması və etirafı əksini tapıb.
Qeyd edək ki, Novoseltsevin bir həftə öncə Desenovski yaşayış məntəqəsində meyiti tapılmışdı. Polis zabitinin üzərində bıçaq yaraları və hematoma olan meyiti qızı tərəfindən aşkar edilmişdi.
Aleksey Novoseltsev 2002-ci ildə Maqadan vilayətinin qubernatoru Valentin Çvetkovun qətlinin iqtisadi motivlərini araşdıran operativ qrupa rəhbərlik etməsi ilə məşhurlaşmışdı. Daha sonra Çvetkovun qatili tapılaraq həbs olunmuşdu.


Oxşar xəbərlər