Baş nazirin iqamətgahı dronla vuruldu
7-11-2021, 11:36
181

Baş nazirin iqamətgahı dronla vuruldu

İraqın Baş naziri Mustafa əl-Kazıminin iqamətgahı pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Xarici media xəbər verir ki, hücum nəticəsində baş nazirin xəsarət almadığı bildirilir.
Əl-Kazımi hücumdan sonra Tvitter səhifəsində açıqlama yayaraq “Hamını sakit olmağa çağırıram və soyuqqanlı olmağa davam edirəm” deyib. 
Məlumata görə, iraqlı Baş nazirin iqamətgahına silahlı dron hücum etdikdən sonra Yaşıl Zonada təhlükəsizlik tədbirləri gücləndirilib.

Oxşar xəbərlər