Dünya
8-11-2021, 11:23
164
Ermənistanı tərk edənlərin sayı artır
Ermənistan iqtisadiyyatında yaşanan durğunluq və ikinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra ölkəni tərk edən ermənilərin sayı artır.
“Qafqazinfo” “EurasiaNet”ə istinadən xəbər verir ki, 2021-ci ilin üç rübü ərzində Ermənistana daxil olan ermənilərdən 103 min çox insan ölkəni tərk edib.
Bildirilir ki, bu isə ölkə əhalisinin təqribən 3 faizini təşkil edir. Təkcə təqribən 64 000 nəfər (63 713 nəfər) ilin birinci rübündə Ermənistanı tərk edib.
Analitiklərin fikrincə, iqtisadiyyat əhalinin Ermənistanı tərk etməsinin əsas səbəbi olaraq qalır.
Həmçinin qeyd olunur ki, bir çoxlarının ölkəni tərk etməsinə səbəb övladlarının orduya səfərbər olunacağı qorxusudur. Bəziləri isə ölkələrinin gələcəyi olmadığına inanırlar və başqa ölkədə yeni həyat qurmağa qərar verirlər.