Baş nazir özünə qadağa qoydu: “Daha danışmayacam“
8-11-2021, 19:27
153

Baş nazir özünə qadağa qoydu: “Daha danışmayacam“

"Mən bu mövzuda danışmağı dayandırdım".
"RİA Novosti" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.
O, həbsdə olan eks-prezident Mixeil Saakaşvili ilə bağlı vəziyyəti bundan sonra şərh etməyəcəyini deyib:
"Mən bu mövzuda danışmağı dayandırdım. Bu, mənim söhbət mövzum deyil, çünki məhbuslarla bağlı açıqlamaları Penitensiar Xidmət, Ədliyyə Nazirliyi verir. Ədliyyə naziri Rati Breqadzedir, ondan soruşmaq olar. Ona, eləcə də Penitensiar Xidmət barədə sualı vermək olar. Onlar dolğun cavab verəcəklər”, - deyə Baş nazir brifinqdə bildirib.

Oxşar xəbərlər