Ermənistan XİN rəhbəri 3 günlük Fransaya gedəcək
9-11-2021, 19:53
148

Ermənistan XİN rəhbəri 3 günlük Fransaya gedəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 10-12-də Fransada səfərdə olacaq.
Məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.
Onun UNESCO-nun Baş konfransının Parisdə keçiriləcək 41-ci sessiyasında iştirak edəcəyi bildirilib.
A.Mirozyan səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.
Məlumata görə, Ermənistan XİN-in başçısı 4-cü Paris Sülh konfransının açılış mərasimində də iştirak edəcək.

Oxşar xəbərlər