Türkiyə yeni atom elektrik stansiyaları tikəcək
9-11-2021, 21:02
142

Türkiyə yeni atom elektrik stansiyaları tikəcək

Türkiyə “Rosatom” tərəfindən tikilən Akkuyu AES-dən sonra ikinci və üçüncü atom elektrik stansiyalarının inşası layihələrinin icrasına başlamaq niyyətindədir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Akkuyu AES-in birinci blokunu 2023-cü ildə istifadəyə verməyi planlaşdırırıq. Akkuyudan sonra biz tezliklə ikinci, hətta üçüncü AES-in tikintisinin hazırlıqlarına başlayacağıq. Biz ölkəmizi nüvə enerjisi ilə təmin etməyə çalışırıq", - deyə Ərdoğan bildirib.

Oxşar xəbərlər