Öcalanın təlim keçdiyi PKK-nın rəhbər şəxslərindən biri məhv edilib
10-11-2021, 19:15
142

Öcalanın təlim keçdiyi PKK-nın rəhbər şəxslərindən biri məhv edilib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Silahlı Qüvvələrinin (TSK) birgə keçirdiyi əməliyyat nəticəsində PKK/KCK-nın mərkəzi komitə üzvü olan Nazlı Taşpınar zərərləşdirilib.
 
“AA” xəbər verir ki, PKK təşkilatının daxilində müxtəlif səviyyələrdə fəaliyyət göstərən və qadın terrorçuların hazırlanmasında rolu olan “Emine Erciyes” kod adlı Nazlı Taşpınar məhv edilib.
PKK lideri Abdullah Öcalanın Nazlı Taşğınara şəxsən təlim keçdiyi bildirilir.

Oxşar xəbərlər