Saakaşvilinin bədənində xəsarət izləri aşkar olundu
11-11-2021, 13:46
448

Saakaşvilinin bədənində xəsarət izləri aşkar olundu

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşviliyə baxış zamanı onun bədənində xəsarətlər aşkar olunub.

Bu barədə məlumatı gürcü siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze açıqlayıb.

Kipşidze Saakaşvilinin həbsxana klinikasına köçürülməsi zamanı ona qarşı mümkün qeyri-insani davranış halını aydınlaşdırmaq üçün aparılan tibbi ekspertizada iştirak edib.

"Hazırda tibbi araşdırma aparılır. Mən işimi bitirdiyimdən tez çıxdım. Ona xarici baxış keçirirlər. Onun bədənində xəsarətlər var idi. Bunların nə olduğunu deməyəcəyəm. Onun bədəninin müxtəlif hissələrində xəsarət izləri var”, - deyə Kipşizde qeyd edib.

Həkimin sözlərinə görə, Saakaşvili hələ də dərman qəbul etməkdən imtina etsə də, analiz verməyə razı olub: "Biz analizlər götürdük. Bəzilərinin nəticələri gözlənildiyi kimi pisləşib. O, burada müalicə almır, vəziyyəti yaxşı deyil və bu, belə davam edə bilməz”.

Oxşar xəbərlər