Ərdoğanın iqamətgahının fotosunu çəkən cütlük saxlanıldı
12-11-2021, 10:30
124

Ərdoğanın iqamətgahının fotosunu çəkən cütlük saxlanıldı

Türkiyənin İstanbul  şəhərində Çamlıca Qülləsindən Prezident Rəcəb Tayyib Ərdoğanın iqamətgahının fotolarını lentə alan İsraildən olan cütlük saxlanılıb.
N.O. və M.O. adlı cütlük qüllənin restoranına daxil olaraq pəncərədən ətrafı lentə almağa başlayıb. Bu zaman onların bir-birinə işarə edərək Ərdoğanın iqamətgahını çəkdikləri aydın olub.
Məkanda mühafizəçi işləyən şəxslərdən biri məhz belə bir iddia ilə polisə məlumat verib.
Prezidentin xüsusi mühafizə bölmələrinə də bu barədə informasiya verilib və dərhal əraziyə gələn İstanbul Terrorizmlə Mübarizə İdarəsinin əməkdaşları İsrail vətəndaşlarını yaxalayıb.
Məsələ ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər