İrəvanda kriminal avtoritet və keçmiş deputatın öldürüldüyü atışmanı törədənlər saxlanılıb
12-11-2021, 10:36
120

İrəvanda kriminal avtoritet və keçmiş deputatın öldürüldüyü atışmanı törədənlər saxlanılıb

Ermənistanın paytaxtı İrəvanda 4 nəfərin güllələnərək öldürülməsi faktı üzrə araşdırılan cinayət işi çərçivəsində 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün 4 nəfər müxtəlif güllə yaraları ilə paytaxtın M.Heratsi adına Birinci Universitet Klinikasına və Mikaelyan adına Cərrahiyyə İnstitutuna yerləşdirilib. Onlardan ikisi xəstəxanada dünyasını dəyişib.
Məlum olub ki, həmin şəxslərin hamısı Kanaker icmasının 16-cı küçəsindəki evlərdən birinin həyətində baş verən insident zamanı güllə yarası alıblar.
Hadisə yerində aparılan axtarışlar zamanı daha iki nəfərin meyiti, habelə 8 müxtəlif çaplı patron, 12 patron, 4 tapança və 2 tüfəng aşkar edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir./report

Oxşar xəbərlər