"İran yük maşınları yeni yoldan istifadə etsin" - Paşinyan
12-11-2021, 11:27
127

"İran yük maşınları yeni yoldan istifadə etsin" - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında Azərbaycanın nəzarətində olan Gorus-Qafan yolu ilə bağlı növbəti dəfə müzakirə  aparıb.  
Xarici KİV xəbər verir  ki,  Paşinyan müzakirəsində İran yük maşınlarının Azərbaycana gömrük rüsumları ödəmədən Ermənistana getmək üçün “Qorus-Qafan” yolu əvəzinə, “Tato-Aqvani” alternativ yolundan istifadə etməyi  məsləhət  görüb. 
"2021-ci ilin avqust ayından Azərbaycan tərəfi Gorus-Qafan yolunun bu ölkənin ərazisindən keçən “Eyvazlı və Çaizmi” hissələrində İrana məxsus yük maşınlarından gömrük rüsumları alır", - deyə Paşinyan  çıxışında bildirib. 
Nikolun sözlərinə görə, onilliklər ərzində praktiki olaraq keçilməz olan Tato-Aqvani yolu keçən həftə asfaltlanıb və istifadəyə verilib:
“Keçən cümə axşamı mən şəxsən o yoldan istifadə edərək Qafana gedib-gəldim”.
Xatırladaq ki, bir müddət öncə Ermənistan mediası Gorus-Qafan yoluna alternativ olaraq hazırlanan 43 kilometrlik Tato-Aqvani yolunun noyabrın sonlarında istifadəyə veriləcəyi ilə bağlı məlumat yaymışdı. 

Oxşar xəbərlər