Londonda silahlı hücum olub, ölən və yaralananlar var
13-11-2021, 12:26
146

Londonda silahlı hücum olub, ölən və yaralananlar var

Britaniyanın paytaxtı Londonun hüquq-mühafizə orqanların Brentford şəhərində bir nəfərin öldürülməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə polisin saytında məlumat verilib.

Qeyd edilir ki, naməlum şəxsin küçədən keçənlərə hücumu nəticəsində gənc oğlan həlak olub.

"20 yaşlı gənc hadisə yerində dünyasını dəyişib. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır”, - mətbuat xidmətinin məlumatında bildirilir.

İlkin məlumata görə, hadisə zamanı ümumilikdə 4 nəfər xəsarət alıb. Onların arasında 80 yaşlı qadın da var. Zərərçəkənlər xəstəxanalara çatdırılıb.

Hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb edilib, təhqiqatçılar hücumun başvermə şəraitini müəyyənləşdirməyə çalışırlar. Hücumu törədən şəxs axtarılır, o, hələ azadlıqdadır.

Oxşar xəbərlər